Qırğızıstan Prezidenti sabah Azərbaycana gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov sabah Azərbaycana rəsmi səfər edəcək.

“Sputnik Qırğızıstan” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan dövlət başçısının Mətbuat xidməti yayıb.

Məlumata görə, səfər 19-20 aprel tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.

MənbəQafqazinfo
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər