18 C
Baku
Sunday, April 28, 2024

Qırğızıstan və Tacikistan arasında danışıqların növbəti mərhələsi keçirilib

Qırğızıstan və Tacikistan arasında sərhəd boyunca mübahisəli ərazilərlə bağlı danışıqların növbəti mərhələsi keçirilib.

Bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşün tam təfərrüatları açıqlanmasa da, qeyd olunub ki, tərəflər görüşün yekunlarına dair protokol imzalayıblar. Sənədin təfərrüatları açıqlanmır.

Həmçinin qeyd olunub ki, bu qəbildən olan növbəti görüş Qırğızıstan ərazisində baş tutacaq.

Xatırladaq ki, Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 km-dir və sərhədlərin delimitasiyası (dövlət sərhədinin keçidinin təsviri və xəritələşdirilməsi ilə müəyyən edilməsi) üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər