7 C
Baku
Thursday, December 12, 2024

Qırğızıstan və Tacikistan xüsusi xidmət orqanları sülh protokolu imzalayıb

Qırğızıstan və Tacikistanın dövlət təhlükəsizlik komitələrinin rəhbərləri sərhəddə vəziyyətin sabitləşməsi və 2 ölkə arasında sülhün bərqərar olunması barədə protokol imzalayıblar.

Bu barədə Turmush agentliyi məlumat yayıb.

Qırğızıstan DTX-nin sədri Kamçıbek Taşıyev bildirib ki, Tacikistanla imzalanan protokolun məqsədi vəziyyəti sabitləşdirmək və 2 ölkə arasında sülhü bərqərar etməkdir.

Taşıyev sabah növbəti görüşün keçiriləcəyini də qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Qırğızıstan DTX Tacikistan tərəfin əsir götürdüyü 4 sərhədçinin qaytarıldığını bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər