6 C
Baku
Sunday, December 15, 2024

Qırğızıstan vətəndaşı Azərbaycanda BOKT-a direktor təyin edilib

“Molbulak” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.

Banker.az bildirir ki, o, Qırğızıstan vətəndaşı Ernest Uraimovdur.

Xatırladaq ki, 2015-2018-ci illərdə “Molbulak”ın direktoru Vüsal Qaragözov olub. Bir neçə ay bundan əvvəl onun E.Uraimovla əvəz edilməsinə qərar verilib. Bu barədə ‘Renkinq’ adlı mənbə yazır.

vusal garagozov
V. Qaragozov

Bununla belə, Dövlət Miqrasiya Xidməti yeni direktorun sənədlərində çatışmazlıqların olduğunu əsas gətirərək ötən il noyabın 30-da ona Azərbaycan ərazisində yaşamağa icazə verməkdən imtina edib. Buna görə də, BOKT-a müvəqqəti olaraq Nadir Ağamedov rəhbərlik edib. Bir qədər əvvəl isə E.Uraimovin yaşayış icazəsi ilə bağlı problemi həll olunub və o, vəzifəsinin icrasına başlayıb.

Son xəbərlər
Digər xəbərlər