26 C
Baku
Saturday, April 27, 2024

Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva Tərəqqi medalı ilə təltif edildi

®Prezident İlham Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup Azərbaycan qadınının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva “Tərəqqi” medalı ilə təltif edilib.

Sevda Haqverdiyeva 9 aprel 1977-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini 1984–1994-cü illər ərzində 53 saylı tam orta məktəbdə alıb. Bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində başa vurub. Ali təhsilini qırmızı diplomla bitirən Sevda Haqverdiyeva əmək fəaliyyətinə  “Union Texas Azerbaijan Services” (UTAS) neft şirkətində menecer kimi başlayıb. 2000-2019-cü illər ərzində Azercell Telecom MMC-də müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildə fəaliyyətini Kapital Bank ASC-nin İnsan Resursları Departamentində menecer kimi davam etdirib. Hazırda Kapital Bank ASC-nin Daxili Kommunikasiya şöbəsinin müdiri vəzifəsində çalışır. 2020-ci ilin dekabr ayında “Qırmızı Ürəklər” Fondunun prezidenti təyin edilib.

Xatırladaq ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər