18 C
Baku
Sunday, April 28, 2024

Qiymətlərin artmasını nəyinki ayda, gündə görürük” – Deputat

Qiymətlərin artmasını nəyinki ayda, gündə görürük. Elə məhsul var ki, qiyməti iki-üç ayda 50 faizdən çox artıb”.

Bunu  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib. O bildirib ki, qiymətlərin artmasının tərəfdarı deyil:

“İqlim dəyişikliyi, dünya ölkələri arasında olan müharibələr, iqtisadi münasibətlərin pozulması qiymətlərin artmasına təsir göstərir. Azərbaycan da dünyanın bir parçasıdır. Biz öz hesabımıza bütün ərzaq məhsulları ilə özümüzü təmin edə bilmərik. Mütləq bir sıra ərzaq və qida məhsulları xaricdən gətirilməlidir. Yağın, unun, meyvənin qiymətində artım var. Məsələn, Qubada almanın kilosunu 30 qəpiyə almırlar. Amma bazarda 2,5-3 manatdır. Rayondakı sahibkara lazımi şərait yaradılmayıb, o da bazar çıxa bilmir. Müəyyən işbazlar imkan vermir ki, həmin şəxs gəlib bazarda məhsulunu satsın. Belə olanda da meyvə bağlarda qalıb məhv olur. Amma şəhərdə bazarda 4 qat artıq qiymətə satılır. İctimaiyyət belə hallara qarşı müəyyən mübarizəsini aparmalıdır. Bazarda qayda yaratmaq üçün ancaq dövlət cavabdeh deyil. Hər birimiz belə hallara qarşı mübarizə aparmalıyıq”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər