Qızılın qiyməti iyunun 10-dan bəri ilk dəfə 4 050 dollardan aşağı düşüb

COMEX birjasında 2026-cı ilin avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 050 dollardan aşağı enib. Bu, 2026-cı il iyunun 10-dan bəri ilk belə haldır.

Ticarət meydançasının məlumatına görə, Bakı vaxtı ilə saat 16:24-də qızılın qiyməti 2,43% azalaraq bir troya unsiyası üçün 4 048,7 dollar təşkil edib.

Saat 16:29-a olan məlumata əsasən, eniş sürətlənib və fyuçerslərin qiyməti 2,87% ucuzlaşaraq bir troya unsiyası üçün 4 030,3 dollara düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər