“Financial Times” yazır ki, MSCI indeksi birinci rübdə 7.7% artıb ki, bu da 2019-cu ildən bəri ən yüksək göstəricidir. Xüsusilə, Amerikanın S&P 500 indeksi yanvar-mart aylarında tarixi maksimumunu 22 dəfə yeniləyib.
Bu arada Britaniya, Almaniya və Fransa fond indeksləri mart ayında S&P 500-dən üstün olub. Birinci rübdə dünyanın ən böyük iqtisadiyyatlarının indeksləri arasında ən sürətli artımı Yaponiya göstərib – 16.2%.
Mikroçip istehsalçısı “Nvidia Corp”un səhmləri ilin əvvəlindən 82.5% artıb və şirkətin kapitallaşması 20% yüksəlib.
“Bank of America”nın son sorğusuna cavab verən fond menecerlərinin təxminən üçdə ikisi ABŞ-da növbəti 12 ay ərzində resessiya gözləmir. 2023-cü ilin əvvəlində belə optimistlərin sayı 10%-dən bir qədər çox idi.