28 C
Baku
Saturday, July 27, 2024

Qlobal özəl və vençur kapitalı bazarında əməliyyatların dəyəri 62 %-dək azalıb

Bu ilin yanvar ayında özəl və vençur kapitalı ilə qlobal əməliyyatların həcmi və dəyəri azalıb.

Bu barədə “S&P Global Market Intelligence”in məlumatında bildirilir.

Məlumata görə, yanvarda sövdələşmələrin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 41.56 milyard ABŞ dolları və ya 62.1 % azalaraq 25.32 milyard ABŞ dolları təşkil edib.

Sövdələşmələrin sayı isə 742 vahid və ya 44.6 % azalaraq 921-ə enib. Hesabat dövründə birbaşa və vençur investisiyaları kapitalı bazarında sövdələşmələrin həcminə və dəyərinə görə ilk pillədə Şimali Amerika (320 əməliyyat; 12.39 milyard ABŞ dolları) qərarlaşıb. Onu Asiya-Sakit okean (285 əməliyyat; 6.53 milyard ABŞ dolları), Avropa (269 əməliyyat; 5.22 milyard ABŞ dolları) regionu və digər ölkələr (47 əməliyyat; 1.19 milyard ABŞ dolları) izləyib.

Yanvarda aparılan əməliyyatların 30.4 %-i texnologiya, media və telekommunikasiya sektorunun, 24.5 %-i sənaye, 15.2 %-i səhiyyə sektorunun payına düşüb. Eyni dövrdə əmlak sektoru istisna olmaqla, bütün sektorlarda sövdələşmələrin dəyəri azalıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər