11 C
Baku
Wednesday, December 11, 2024

Qubadavların “İDEAL Kredit” BOKT-si xalis mənfəətini artırıb

Bank olmayan kredit təşkilatı “İDEAL Kredit” MMC 2022-ci il üzrə gəlirlərinin yüksəlməsi ilə xalis mənfəətini bir qədər artırıb.

Banker.az BOKT-nin audit hesabatına istinadla xəbər verir ki, BOKT 2022-ci ildə faiz gəlirlərini illik müqayisədə 58 faiz artırmaqla 1 milyon 761 min manata yüksəldib.

BOKT qeyr-faiz üzrə 320 min manat mənfəət etdikdən sonra onun əməliyyatı 1 mln. 823 min manat təşkil edib.

Beləliklə, ötən ili 1 milyon 39 min manat xalis mənfəət əldə edib. Halbu ki, 2021-ci il üzrə bu rəqəm 646 min manat idi. Yığılmış mənfəətinin həcmi 2 mln. 824 min manat olub.

BOKT 2022-ci ildə kredit portfelini 5 mln. 221 min manatdan 8 mln. 100 min manata yüksəldib. Cəmi aktivlərin həcmi 8 mln. 753 min manat olub.

Cəmi öhdəliklərin həcmi 5 mln. 147 min manat olmuş, bunun 2 mln. 854 min manatı səhmdarlar qarşısındakı öhdəlik, 1 mln. 340 min manatı bankla və digər təşkilatlar qarşısındakı (öncəki ildə 56 min manat idi) öhdəlikləridir.

Xatırladaq ki, “İDEAL Kredit” BOKT 2003-cü ildə yaradılıb və 646.7 min manat nizamnamə kapitalı var. BOKT-nin səhmlərinin 75%-i Qubad Qubadov və 25%-i Xuraman Qubadovaya məxsusdur.i1 2342342424424232234234234

Son xəbərlər
Digər xəbərlər