Quba rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad edilib, yerinə yenisi təyin edilib.
Banker.az xəbər verir ki, Ruslan Şahbalayev Teymur oğlu vəzifəsindən azad edilib. Digər əmrlə Şahin İsrafilov Vaqif oğlu başçının müavini və eləcə də Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.
R.Şahbalayev həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri idi. 2021-ci ilin martından bu vəzifəyə təyin edilmişdi. Buna qədər Xızı RİH-də çalışıb.
Quba RİH başçısının hazırda birinci və bir müavini var.
İlqar Mahmudov Prezidentin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xəbərə son əlavə 5 aprel 2024, saat 15.27