Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qüdrət Qurbanovu təltif edib.
Bu barədə Banker.az-a Prezidentin rəsmi internet səhifəsindən məlumat daxil olub.
Sərəcama görə, Dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.
Xatırladaq ki, 11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru təyin edilib.