13 C
Baku
Thursday, May 16, 2024

“Qurman Plyus”un istehlaka yararsız ət və süd məhsulları məhv edildi

İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Milla Dairy” MMC-yə məxsus 2 adda 12,5 ton müxtəlif növ dondurma məhsulu, “Qurman Plyus” MMC-yə məxsus 15 ton müxtəlif növ ət və süd məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər