10 C
Baku
Wednesday, December 11, 2024

Qusarın icra başçısı vəzifəsini bu şəxs icra edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin 31 may 2024-ci il tarixli sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edildikdən sonra onu əvəz edəcək şəxs məlum olub.

Banker.az xəbər verir ki, Ş.Alxasovu keçmiş postu hazırda vakant olsa da, onu bu vəzifəsini başçının birinci müavini olan Şahid Fərəməzov Ələziz oğlu müvəqqəti icra edəcək.

Qeyd edək ki, Ş.Alxasov 2007-ci il dekabrın 18-dən Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

Qusar RİH başçısının hazırda əlavə iki müavini var: Zoya Eldarova Şəmsibala qızı və Elman Mustafayev Əkbər oğlu.

 

Son xəbərlər
Digər xəbərlər