10 C
Baku
Friday, December 13, 2024

Quterreşdən Zaporojye AES-lə bağlı təcili çağırış

BMT-nin baş katibi Antonio Quterreş Ukraynanın cənubunda yerləşən Zaporojye bölgəsində Rusiyanın nəzarəti altında olan atom elektrik stansiyası ətrafındakı vəziyyətdən ciddi narahat olduğunu bildirib.

Bu barədə o, Ukraynanın qərbində yerləşən Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.

Quterreş atom elektrik stansiyasının demilitarizasiya edilməsinə çağırıb. Quterreş hərbi texnika və personalın zavoddan çıxarılmalı olduğunu bildirib.

“Obyekt heç bir hərbi əməliyyatın tərkib hissəsi kimi istifadə edilməməlidir. Zaporojyenin sırf mülki infrastrukturunun bərpası və ərazinin təhlükəsizliyinin təmin edilməsi üçün razılaşma lazımdır”, – o deyib.

 

 

Son xəbərlər
Digər xəbərlər