17 C
Baku
Monday, April 29, 2024

Qvineya yanacaq tədarükünü bərpa edib

Qvineyanın paytaxtı Konakrinin mərkəzində yanacaq anbarında ən azı 23 nəfərin ölümü ilə nəticələnən partlayışdan sonra məhdud miqdarda benzin tədarükü bərpa edilib.

Bu barədə AFP məlumat yayıb.

Qeyd edilib ki, partlayışa görə bazar ertəsindən etibarən ölkə ərazisində benzin satılmır. Bu da logistika və nəqliyyatın ləngiməsinə və bir sıra yerlərdə etirazlara səbəb olub.

“Qonşu ölkələrlə diplomatik təmaslar vasitəsilə yanacaqdoldurma məntəqələrində yanacaq təchizatının yaxşılaşacağını ictimaiyyətə çatdırmaqdan məmnunuq”, – hökumətin məlumatında deyilir.

Xatırladaq ki, Konakridə yanacaq anbarında güclü yanğın dekabrın 17-də baş verib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər