25 C
Baku
Sunday, July 21, 2024

Rəşad Nəbiyev: “Azərbaycanın nəqliyyat gəlirləri 13 % artıb”

Bu ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 5,4 milyard manat təşkil edib.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1 % çoxdur.

Ötən il bu göstərici 4,8 milyard manat olub.

Bu ilin may ayında ölkənin nəqliyyat gəlirləri bir il öncəki göstəriciyə nisbətən 8,8 % azalaraq 1,216 milyard manata enib.

Son xəbərlər
Digər xəbərlər