22 C
Baku
Thursday, May 2, 2024

Rəisi: “BMT böyük güclərin deyil, millətlərin təşkilatı olmalıdır”

İran prezidenti Seyid İbrahim Rəisi nümayəndə heyəti ilə birlikdə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib.

Prezident Rəisi mətbuat mənsublarına verdiyi açıqlamada BMT Baş Assambleyasının iclaslarının İranın fikirlərini ifadə etmək üçün gözəl fürsət olduğunu bildirib.

Banker.az Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının iclaslarının dünyada mövcud problemlərə həll yollarının tapılması üçün uyğun platforma olduğunu deyən Rəisi “BMT böyük güclərin deyil, millətlərin təşkilatı olmalıdır” deyib.

Sanksiyaları böyük dövlətlərin xalqlara təzyiq etmək taktikası kimi səciyyələndirən Rəisi qeyd edib ki, sülh, əmin-amanlıq və təhlükəsizliyə zidd olan sanksiyalar xalqlara ziyan vurur.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər