10 C
Baku
Wednesday, December 11, 2024

Rəisi: “Rusiya və İran sanksiyaların təsirini birgə neytrallaşdırır”

İran Rusiyaya qarşı tətbiq edilən sanksiyaları tanımaqdan imtina edir.

Bunu İran Prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə Özbəkistandakı görüşündə deyib.

O bildirib ki, Rusiya və İran ABŞ sanksiyalarının təsirini birgə neytrallaşdırır: “Tehran Moskva ilə əlaqələrini gücləndirməyə davam edəcək”.

Görüşdə V. Putin bildirib ki, Rusiya İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması üçün hər cür səy göstərib: “Təşkilatdakı tərəfdaşlarımız sizin istəyinizi dəstəklədi. İranla qarşılıqlı ticarət keçən il 81%, bu ilin ilk 5 ayında isə daha 30% artıb”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər