-1 C
Baku
Sunday, December 15, 2024

Rəisi: “Türkiyə ilə 30 milyard dollarlıq ticarət həcmi təyin etdik”

“İran və Türkiyənin imkanlarını nəzərə alsaq, iki ölkə arasında ticari və iqtisadi əlaqələrin səviyyəsi birmənalı olaraq kafi deyil və bu məbləğ yüksək səviyyəyə çatdırıla bilər”.

Bu sözləri İran Prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Tehranda keçirilən ortaq mətbuat konfransında deyib.

“Türkiyə ilə 30 milyard dollarlıq ticarət həcmi təyin etdik. Bu, hazırkı ortaq ticarət həcmini üç dəfə artırmaq deməkdir”, – deyə Rəisi bildirib.

Bundan əlavə, Rəisi Ərdoğanla görüşdə iki ölkə arasında investisiyanın inkişafı, terrorçuluqla, narkotiklərlə və mütəşəkkil cinayətkarlıqla mübarizənin də müzakirə olunduğunu vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər