23 C
Baku
Friday, April 19, 2024

Rəisinin Rusiyaya səfəri təxirə salınıb

Prezident İbrahim Rəisinin Türkiyə səfərinə hazırlıq görülür.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün Türkiyəyə səfər öncəsi jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, plana görə, Rusiyaya və Ankaraya getməli idi, lakin Rusiyaya səfərin təxirə salınmasına qərar verilib: “Ankara səfəri zamanı prezident İbrahim Rəisinin Türkiyəyə səfəri üçün ilkin hazırlıqlar aparılacaq”.

Qeyd edək ki, bundan öncə yanvarın 17-də H.Əmir-Abdullahianın Rusiyaya səfər edəcəyi açıqlanmışdı.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər