9 C
Baku
Thursday, December 12, 2024

Rəsmi: Azərbaycan əhalisinin dəmir yolu və dəniz nəqliyyatından istifadəyə marağı artıb

2020-ci ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 406 min nəfər sərnişin daşınıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2019-ci ilin eyni dövründə isə dəmir yolu nəqliyyatından istifadə edənlərin sayı 236 min nəfər olub. Belə ki, 2020-ci ilin yanvar ayında ötən illə müqayisədə dəmir yolu nəqliyyatından istifadə edən şərnişinlərin sayı 170 min nəfər və yaxud 72% artıb.

Bu ilin yanvar ayında dəniz nəqliyyatından istifadə edən sərnişinlərinn sayı 1,8 min nəfər olub ki, bu da 2019-ci ilin analoji dövrüylə müqayisədə 50% artım deməkdir.

Bildirək ki, 2020-ci ilin yanvar ayında hava nəqliyyatından istifadə edənlərin sayı 194,4 min nəfər ( 2019-ci illə müqayisədə 19% artım), metrodan istifadə edənlər 19 578,8 min nəfər ( 5,4% artım), avtomobildən istifadə edənlər 128,437 min nəfər (1,5% artım) olub.

Son xəbərlər
Digər xəbərlər