Azərbaycanda istehlak qiymətləri artıq 2017-ci ildən bu tərəfə ilk dəfə 12% üzərinə çıxdı. Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə orta illik inflyasiya 12.5% təşkil etdi.
Azərbaycan Mərkəzi Bankı son ildə baş verən inflyasiyaya biganə qalmadı, son iclasların hamısında faiz dərəcəsini artırmaqla inflyasiyanı cilovlamağa çalışıdı. Məsələn, 2021-ci ilin sentyabrındakı iclasında uçot faiz dərəcəsini 6.25-dən 6.50%, oktyabrın sonu 6.50-dən 7.00%-ə, dekabrında 7.00-dən 7.25%-ə və 2022-ci ilin ilk iclasında isə 7.25-dən 7.50%-ə qədər yüksəldildi.
Mərkəzi Bankın son – 2022-ci ilin 28 yanvarındakı iclasda qəbul edilib ki, faiz dəhlizinin aşağı həddi 6% yuxarı həddi isə 9%-dir.
Ölkədə manatın dəyərinin öncəki illə müqayisədə 12.5% (inflyasiya) ucuzlaşıb. Yəni öncəki ildə 100 manat alınan ərzaq və xidmətlər cari ildə 112 manat olub. Bunun müqabilində isə Azərbaycanda banklar 11% altında əmanət təklif edirlər.
Bu nə deməkdir? Milli valyutada yerləşdirilən əmanətin gətirdi illik faiz gəliri öncəki ildəki manatın dəyərini belə qarşılaya bilmir. Maksiumum illik gəlirli əmanət (11%) belə 1.5% zərər edir.
Banker.az-ın Monitorinq Qrupu bildirir ki, yanvarda ölkədə ən yüksək müddətli əmanətlər üçün müddətin illik gəlir təklif edilir. Əmanət cəlb edən banklardan 10-11% aralığında depozit cəlb edən çox az sayda banklar var. Həmin bankların isə əmanətlərinin ümumi portfeli böyük paya malik deyil.
1 yanvar 2022-ci il tarixinə olan göstəriciyə görə, banklarda 5 milyard 339 milyon manatlıq əhalinin müddətli əmanəti var.
Əhalinin əlindəki vəsaitlər üçün gəlir gətirən digəri – kapital bazarında da vəziyyət istənilən vəziyyətdə deyil. Bakı Fond Birjasında keçirilən hərraclarda isə orta illik ən yüksək faiz gəlirli manat istiqraz təklif edən şirkətlərdə isə 12.5%-dən yuxarı deyil. Həmin şirkətlər isə çox məhdud həcmdə fond bazarında yüksək faizlə vəsait cəlb edirlər ki, bu da artıq istiqraz cəlbini sərfəli etmir. 2022-ci ilin yanvarında cəmi 27.65 milyon manatlıq istiqraz emissiya edilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı artıq son iclaslarda ilin ilk yarımilliyinda 2022-ci il üzrə inflyasiyanın yüksələcəyini bildirmişdi.