18 C
Baku
Thursday, April 25, 2024

“Rabitəbank” məhkəmənin qərarından razı qalmadı

“Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə tikinti şirkəti ilə bağlı şikayətinə dünən baxılıb. Haqqında şikayət verilən tikinti şirkəti isə “İnter Construction Group” MMC-dir.

Banker.az bildirir ki, bank ilə şirkət arasında “mübahisələrin” səbəbi kredit müqaviləsi üzrə öhdəliyi ilə bağlıdır.

Nərimanov Rayon Məhkəməsi bankın iddiası ilə bağlı qərarını qismən təmin etmək üçün 2 noyabr tarixində qətnamə qəbul edib. Lakin, “Rabitəbank” bu qərarla razı qalmayıb, məhkəmənin qətnaməsi barəsində Bakı Apelyasiya şikayəti verib.

“İnter Construction Group” rəsmən 2006-cı ildə dövlət qeydiyyatına alınsa da, şirkətin internet səhifəsində 2010-cu ildə yarandığı göstərilir. Əsas fəaliyyət sahəsi Sənaye və mülki tikintilər, şəhər və qəsəbələrin su kanalizasiyasa sisteminin bərpa və yenidən qurulması, asfalt yolların çəkilməsi kimi xidmətlərin partnyorlar üçün göstərdiyi bildirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər