11 C
Baku
Wednesday, December 11, 2024

Rabitəbank müştəriləri üçün maliyyə savadlılığın artırılması mövzusunda seminar keçirib

®Rabitəbank biznes müştəriləri üçün “Maliyyə savadlılığın artırılması” mövzusunda seminar keçirib

Müştəriləri üçün daim innovativ addımlar atan və yeni rəqəmsal həllər tapan Rabitəbank maarifləndirmə yönümlü daha bir layihəsini həyata keçirib. Belə ki, “Rabitəbank” ASC və Baker Tilly Azerbaijan-ın birgə təşkilatçılığı ilə biznes müştəriləri üçün Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə və bankın yaranmasının 30 illiyinə həsr olunmuş “Biznes müştərilərinin maliyyə savadlılığın artırılması” mövusunda seminar təşkil edib. 

Təlim zamanı iştirakçılara korporativ idarəetmənin üstünlükləri, o cümlədən şəffaflıq və hesabatlılıq, məlumatların açıqlanması, kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi, korporativ maliyyənin idarə olunması, bu istiqamətlərdə beynəlxalq təcrübə barədə məlumat verilib.

Maliyyə savadlılılığının artırılması mövzusunda keçirilən təlim istehlak və ipoteka kreditləri, zaminlik, hökumətin fermerlərə dəstək mexanizmləri, hökumətin kiçik və orta biznesə dəstək mexanizmləri, sığorta sahələrini əhatə edib.

Bütövlükdə təlimdə əldə edilən bilik və bacarıqlar ölkədə kiçik və orta sahibkarlar üçün alternativ maliyyə mənbələrinə çıxış, eləcə də müasir korporativ idarəetmə prinsiplərinin tətbiqi baxımından mühüm rola malikdir. 

Xatırlatmaq istərdik ki, “Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir

pnew2 pnew1 press2 p3 p10 p1 press1

p9

Son xəbərlər
Digər xəbərlər