13 C
Baku
Tuesday, May 7, 2024

Rabitəbank Şəhid övladları üçün Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edib

®Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi ilə əlaqədar bankın əməkdaşları “Heydər Əliyev İli” çərçivəsində Şəhid övladları ilə birlikdə Heydər Əliyev Mərkəzini ziyarət edib.

Baş tutan gəzintinin əsas məqsədi cəmiyyətimizdə hər zaman xüsusi sevgi və diqqət ayırdığımız Şəhid ailələrin övladlarına dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha yaxşı aşılamaq və əziz xatirəsini bir daha yad etmək olub.

Rabitəbank əməkdaşı ilə birgə uşaqlar gəzinti zamanı Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar, daha sonra Mərkəzin daxilində yerləşən sərgini gəzib, Ümummilli Lider Heydər Əliyevin həyatı haqqında maraqlı faktları öyrəniblər.

Uşaqlara Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu, həmçinin müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar verilib.

Bundan başqa, gəzinti zamanı balaca ziyarətçilərə Ümummilli Liderin hərbi və mülki geyimləri, avtomobilləri, iş masası, müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar kimi dəyərli nümunələr də təqdim edilib.

6458b18c6d8496458b18c6d84a16835342206458b18c6d8466458b18c6d847

6458b1949f72c6458b1949f72d16835342286458b1949f7286458b1949f72a

6458b19cd22de6458b19cd22df16835342366458b19cd22da6458b19cd22dc

6458b1b42f6666458b1b42f66716835342606458b1b42f6646458b1b42f665

6458b1c4f31a66458b1c4f31a716835342766458b1c4f31a46458b1c4f31a5

Son xəbərlər
 ⁠
Digər xəbərlər