17 C
Baku
Monday, April 29, 2024

Rabitəbank və AFFA arasında sponsorluq müqaviləsi imzalanıb

®AFFA və “Rabitəbank” ASC arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov imzalayıblar. Sponsorluq müqaviləsinə əsasən, Azərbaycan Premyer Liqası oyunlarına təyinat alacaq peşəkar hakimlərin formalarının üzərində futbol ailəsinin yeni üzvü olan Rabitəbankın adı və loqosu əks olunacaq.

AFFA-nın prezidenti R.Abdullayev tədbirdə çıxış edərək nüfuzlu şirkətlərin Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib. Rabitəbank rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə minnətdarlıq edib. Azərbaycan futbol hakimliyindən danışan R.Abdullayev əfsanəvi referi Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilmiş Dünya çempionatının final qarşılaşmasında verdiyi qərarın  dünya futbol ictimaiyyətində bu gün də unudulmaz an kimi xatırlandığını bildirib.  Azərbaycan hakimlik məktəbinin ənənəsinin davam etdiyini bildirən AFFA prezidenti Rabitəbankla yeni əməkdaşlıq sayəsində gənc hakimlərin yetişdirilməsi istiqamətində addımların atılacağını diqqətə çatdırıb.

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov futbolun dünyada və ölkəmizdə sevilən idman növü olduğunu söyləyib. Ölkə futbolunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən A.Hüseynov bank olaraq sosial məsuliyyət çərçivəsində futbola yatırım etməkdən məmnunluq hissi duyduqlarını qeyd edib.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

65ce0da8ae7d965ce0da8ae7da170800272865ce0da8ae7d565ce0da8ae7d7

65ce0da8c5c0265ce0da8c5c03170800272865ce0da8c5bfe65ce0da8c5c00

65ce0da8dcd9e65ce0da8dcd9f170800272865ce0da8dcd9965ce0da8dcd9c

65ce0da8f277a65ce0da8f277b170800272865ce0da8f277665ce0da8f2779

65ce0da9183b465ce0da9183b5170800272865ce0da9183b165ce0da9183b3

65ce0da9443dd65ce0da9443de170800272865ce0da9443da65ce0da9443dc

65ce0da959bb265ce0da959bb3170800272865ce0da959bb065ce0da959bb1

65ce0da96ec5565ce0da96ec56170800272865ce0da96ec5265ce0da96ec5465ce0da9842d865ce0da9842d9170800272865ce0da9842d465ce0da9842d6 65ce0da998efe65ce0da998eff170800272865ce0da998efb65ce0da998efd 65ce0da9ae36265ce0da9ae363170800272865ce0da9ae35f65ce0da9ae361 65ce0da9c3a2465ce0da9c3a25170800272865ce0da9c3a2065ce0da9c3a22

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər