-1 C
Baku
Sunday, December 15, 2024

“Rabitəbank”ın mikro kreditləri azaldıb, lombard kreditlərə güc verir

“Rabitəbank” ASC fiziki şəxslərə verilən mikro kreditlər bazarında mövqeyini zəiflədib.

Banker.az xəbər verir ki, bu barədə bankın kənar auditinin 2019-cu il üzrə verdiyi rəydə qeyd edilib.

Bank 2019-cu ilin əvvəli 27.26 mln. manatlıq mikro kreditlər üzrə portfeli “əriyərək” 17.8 mln. manata düşüb. Beləliklə bu kreditin payının 7%-dən 4%-ə qədər azalmasına gətirib çıxarıb.

Əvəzində bank lombard, nağd kreditləri üzrə kreditləşməyə üz tutub. Baxmayaraq ki, hökumət bununla bağlı banklara ciddi çağırışlar elədərək bu növ “asan kreditləşmə”dən yayınmağa səsləmişdi.

Bank lombard kreditlərinin həcmini 19.18 mln. manatdan 23.37 mln. manata, nağd vəsait üzrə kreditləri 39.15 mln. manatdan 55.07 mln. manata qədər artırmışdır. Lombard kreditlərin portfeldə payı 5%-dən 6%-ə qədər artıb. Bu ölkə üzrə mühüm rəqəm saymaq olar.

Digər fiziki şəxslərə təqdim etdiyi kreditlərdə bir qədər azalmalar da olub. Bura istehlak tipli krediti 19.71 mln. manata və avtokreditləri 7.38 mln. manata qədər azaldıb.

Əlavə olaraq bank ipoteka kreditləşməsini də genişləndirərək, portfeli 34.93 mln. manatdan 40.96 mln. manata qədər böyüdüb.

Fiziki şəxslərə verilən kreditlər nəticəsində “Rabitəbank” 2019-cu il ərzində korporativ kreditlərinin payı 62%-dən 60%-ə qədər düşüb. Qeyd edək ki, korporativ kreditlərin həcmi 251,78 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər