10 C
Baku
Friday, December 13, 2024

“Ray-Ban” “JPMorgan”ı $272 mln. oğurlamaqda ittiham edib

“Ray-Ban”ın Tailand şöbəsi “Essilor Manufacturinq” (EMTC) ABŞ-ın “JPMorgan” bankını Nyu-York hesabından 272 milyon dollar oğurlamaqda ittiham edərək məhkəməyə verib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Vurğulanır ki, “JPMorgan” 2019-cu ilin sentyabr ayından etibarən şirkətin hesabı ilə əlaqəli “fırıldaqçılıq əməliyyatları”ndan xəbərdardır olsa da, heç bir tədbir görmür.

Şirkətə görə, “JPMorgan” “EMTC” köçürmələrinin aylıq həcminin orta hesabla 15 milyon dollardan 100 milyon dollara yüksəldiyi epizodu gözardı edib. İstehsalçının iddiasında qeyd olunur ki, çox vaxt pul fırıldaqçılar tərəfindən yüksək risk səviyyəsi və strateji zəiflikləri olan yurisdiksiyalardakı regional banklara köçürülüb.

“EMTC” oğurlanmış vəsaitlərin təxminən 172 milyon dollarını “bahalı və ağır bir proses vasitəsilə” geri ala bildiyini və məhkəmədə “JPMorgan”dan tam təzminat tələb edəcəyini söyləyib.

Son xəbərlər
Digər xəbərlər