8 C
Baku
Thursday, December 12, 2024

Reaktiv mühərriklər üçün yanacaq rüsumdan azad edildi

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 31 dekabr 2023-cü il tarixinədək 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Banker.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac 2 gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Hazırda digər reaktiv mühərriklər üçün yanacaq idxal gömrük rüsumundan azaddır. Qərara əsasən, digər reaktiv mühərriklər üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşdirilsə də, gələn il dekabrın 31-dək digər reaktiv mühərriklər üçün yanacaq idxal gömrük rüsumundan azad olacaq.

Eyni zamanda “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə edilən dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 80 manat aksiz dərəcəsi müəyyənləşdirilib, ancaq reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 31 dekabr 2023- cü il tarixinədək aksiz dərcəsi 1 manat olacaq.

Qeyd edək ki, hazırda da reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün aksiz dərəcəsi 1 manatdır.

Reaktiv mühərriklər üçün digər yanacaq üçün aksiz dərəcəsinə dair də anoloji qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər