16 C
Baku
Thursday, April 25, 2024

“Real Madrid” klubu yeni oyunçulara 375 milyon avro xərcləməyə hazırdır

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florintino Peres transfer üçün 375 milyon avro pul ayırıb.

“AS” nəşrinə istinadən, cari ilin yay transferində bahalı oyunçulardan vaz keçən Madrid təmsilçisi qış transferində 375 milyon avro xərcləyəcək.

“Kral” klubunun qış transferində ilk hədəfi Fransanın PSJ klubunun hücumçuları Neymar və Kilyan Mbape olacaq.

Qeyd edək ki, Neymar 2017-ci ildə İspaniyanın “Barselona” klubundan PSJ-yə futbol tarixində rekord məbləğə – 222 milyon avroya keçib. Ötən mövsüm braziliyalı 30 oyunda 28 qol vurub və 16 məhsuldar ötürmə edib.

©Azərtac

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər