15 C
Baku
Friday, April 26, 2024

“Reebok” ilk ağıllı saatını təqdim edib – Qiyməti $60

“Reebok” şirkəti Hindistanda ilk 60 dollarlıq “ActiveFit 1.0” ağıllı saatını təqdim edib. Cihaz dörd rəngdə mövcuddur – qara, mavi, tünd göy və qırmızı. Saat bir doldurma ilə 15 gün, gözləmə rejimində isə 30 günə qədər işləyə bilər.

Banker.az xəbər verir ki, eyni zamanda ağıllı saat oksigen səviyyəsini, ürək döyüntüsü və qan təzyiqindəki dəyişiklikləri qeyd edir. “ActiveFit 1.0” istifadəçinin yuxusunu izləyə və oturaq həyat tərzi zamanı xatırlama göndərir. Ümumilikdə, saatda fitnes və daha 15 fəaliyyət növünü izləmək funksiyası var.

Qeyd edək ki, keçən ilin dekabrında “Google” da ağıllı saatını təqdim etmişdi. Onlar dairəvi siferblat, nəbz ölçmə və addım hesablama funksiyaları ilə təchiz olunacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər