23 C
Baku
Tuesday, May 28, 2024

Regionlarda POS terminalların sayı azalıb

30.11.2021-ci il tarixinə olan məlumata əsasən, Azərbaycanda POS terminalların sayı 60 797-dir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, POS terminalların 66.5%-i və ya 40 450-si Bakıda, 33.5%-i və ya 20 347-si isə regionlardadır.

AMB-nin təqdim etdiyi statistikaya əsasən, noyabr ay ərzində ölkə üzrə POS terminalların sayında 264 ədəd, regionlardakı POS terminalların sayında isə 657 ədəd azalma olub. Bakıdakı POS terminalların sayında isə artım müşahidə olunur. Belə ki, Bakıda noyabr ayında 393 yeni POS terminal istifadəyə verilib.

İlin əvvəlindən hesabat dövrünə qədər ölkə üzrə ümumi POS terminal sayında 6.4%, Bakdakı POS terminal sayında 7.5% artım var. Regionlarda isə bu say 4.4% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər