27 C
Baku
Sunday, June 9, 2024

Dövlət Reklam Agentliyi könüllü tibbi sığorta üçün “Paşa Sığorta”ya 50 min manat ödəyəcək

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi “Paşa Sığorta” ASC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Könüllü tibbi sığorta xidmətinin satınalınması nəzərdə tutulur.

Könüllü tibbi sığorta xidmətinin satınalınması Dövlət Reklam Agentliyinə 49 min 680 manata başa gələcək.

Xatırladaq ki, “PAŞA Sığorta” şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər