9 C
Baku
Thursday, December 12, 2024

Rekord: Azərbaycanda e-ticarətlə ödənişlər 6 mlrd. manatı ötdü

2021-ci ildə plastik kartlarla nağdsız ödənişlərin həcmi Azərbaycanda tarixi maksimum yeniləməkdə davam edir. Artım həm POS-terminallar üzrə nağdsız və elektron ticarətlə artım nümayiş etdirib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ölkədə POS-terminallarla aparılan əməliyyatların həcmi ilin ilk 11 ayında 381 mln. manat olmuşdur. Bu da son bir ayda 32 mln. manat, yaxud 9.1% artımdır. Cari ilin ilin əvvəlindən noyabr ayının sonuna qədər isə POS-terminallarla 3 501 mln. manatlıq nağdsız əməliyyat aparılıb. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 84% artım deməkdir.

ATM-lərlə isə aparılan nağdsız əməliyyatlar 2 mln. həcmində olduğu göstərilir.

Son illərdə əsas artım dinamikasının müşahidə edildiyi elektron ticarətin həcmi son aylıq müqayisədə 111 mln. manat, yaxud 13.9% artımla 914 mln. manata çatıb. İlin ilk 11 ayında isə 6 132 mln. manat olmuşdur, bu da 2020-ci ilin eyni dövründən 78% artım deməkdir.

32874247243

Son xəbərlər
Digər xəbərlər