Fransanın avtomobil istehsalçısı “Renault” şirkətinin səhmləri dövlətdən maliyyə yardımı alacağı barədə yayılan xəbərlərdən sonra 4,5% artıb.
“Reuters” xəbər verir ki, şirkətin təqribən 5 milyard avro maliyyə yardımı alması gözlənilir.
Məlumata görə, Fransanın maliyyə naziri Bruno Le Maire bildirib ki, hökumət “Air France KLM”ə 7 milyard avro və “Renault”ya isə 5 milyard avro yardım paketi verəcək.
©Report