8 C
Baku
Thursday, December 12, 2024

“Restoranların gecə saat 12-dən sonra fəaliyyətinə qoyulan məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulmayıb”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Azərbaycanda restoranların gecə saat 12-dən sonra fəaliyyətinə qoyulan məhdudiyyətlərin ləğv olunub-olunmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Prezidentin köməkçisi bildirib ki, hazırda bu məhdudiyyətin aradan qaldıırlması nəzərdə tutulmayıb: “Bu məhdudiyyət qalmalıdır. Ola bilər ki, bu məsələyə xüsusi günlərdə, məsələn, Yeni il ərəfəsində baxılsın. Yəni, məhdudiyyət götürülməsə belə, bu, hansısa günlərdə xüsusi istisna hal kimi nəzərdə tutula bilər”.Ş. Mövsümov detib ki, ancaq bununla bağlı hələ bir qərar yoxdur: “Amma ola bilər ki, Yeni il bayramında bu istisna hal kimi nəzərdə tutulsun”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər