OPEC liderləri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu qış dünya ciddi tədarük böhranı ilə üzləşəcəyi təqdirdə neft hasilatında “əhəmiyyətli artım” təmin etməyə hazırdılar.
Banker.az xəbər verir ki, hər iki ölkənin bununla bağlı düşüncələri ilə bağlı mənbə “Reuters”ə bildirir.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri (OPEC+) çərşənbə günü neft hasilatını gündəlik ifadədə cəmi 100 min barel artırmaq qərarına gəldi, hansı ki, bu öncəki iclaslardan tamam fərqli qərar idi və daha az artım deməkdir.
Bəyanatda ehtiyat gücün “ciddi məhdud mövcudluğuna” istinad edilərək, bunun “ciddi təchizat fasilələri” üçün ehtiyatda saxlanması lazım olduğu ifadə edildi.
Fransa prezidenti Emmanuel Makronun və keçən ay ABŞ prezidenti xahişinə baxmayaraq Səudiyyə Ərəbistanının hasilatı artırmaq üçün demək olar ki, imknın olmadığını etiraf edib.
Qeyd edilən mənbələr hər hansı artımı kəmiyyət göstərməsələr də, Səudiyyə Ərəbistanı, BƏƏ və bəzi digər OPEC üzvlərinin təqribən 2-2.7 milyon barel ehtiyat hasilat gücünə malik olduğunu bildiriblər.