16 C
Baku
Wednesday, May 8, 2024

Rişi Sunak Baş nazir seçiləcəyi təqdirdə vergi islahatları aparacağını bəyan edib

Böyük Britaniyanın Baş naziri vəzifəsinə namizəd Rişi Sunak vergi sistemində islahatlar aparmaq və gəlir vergisində son 30 ilin ən böyük azalmasını həyata keçirmək niyyətində olduğunu bəyan edib.

Bu barədə o, tviterdə yazıb.

“Bu gün radikal vergi islahatları, o cümlədən gəlir vergisinin son 30 ildə ən böyük azalması ilə bağlı baxışlarımı açıqladım”, – o yazıb.

R.Sunak bildirib ki, Baş nazir vəzifəsinə seçiləcəyi təqdirdə islahatları 3 il ərzində həyata keçirməyi planlaşdırır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər