16 C
Baku
Friday, April 19, 2024

Rişi Sunak yaponiyalı həmkarı ilə görüşüb

Yaponiyanın Baş naziri Fumio Kişida və Böyük Britaniyanın Baş naziri Rişi Sunak Rusiyaya qarşı sanksiyaların və Ukraynaya dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.

Bu barədə razılaşma iki ölənin hökumət başçıları arasında keçirilən telefon danışığı zamanı əldə edilib. R.Sunakı Böyük Britaniyanın yeni Baş naziri seçilməsi münasibətilə təbrik edən F.Kişida iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

R.Sunak öz növbəsində daha sıx münasibətlərin qurulacağına ümidvar olduğunu deyib.

İki ölkənin liderləri beynəlxalq ictimaiyyətin Rusiya tərəfindən nüvə silahının tətbiqi barədə təhdidin yolverilməz olması istiqamətində fəaliyyətinin müsbət nəticəsini qeyd ediblər.

Həmçinin liderlər Şimali Koreyanın nüvə və raket proqramlarına qarşı mübarizə, həmçinin oğurlanmış Yaponiya vətəndaşları barədə də əməkdaşlığın davam etdirlməsinin zəruriliyini bildiriblər.

Telefon danışığı zamanı Yaponiya və Böyük Britaniya hərbiçiləri arasında birgə təlimlərin təşkili ilə bağlı qarşılıqlı müqavilənin imzalanması üçün işin sürətləndirilməsi barədə də razılığa gəliblər.

Eyni zamanda, Yaponiya özünümüdafiə qüvvələri üçün Böyük Britaniyanın yeni nəsil qırıcılarının hazırlanması ilə bağlı danışıqların tezləşdirilməsi barədə razılıq əldə edildiyi də qeyd edilib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər