Vəzifə: Risklərin idarə edilməsi departamentində risklərin təhlili şöbəsinin Rəisi
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali iqtisadi təhsil;
• Risklərin idarə olunması, maliyyə, audit/mühasibatlıq üzrə minimum 3 il iş təcrübəsi;
• MS Office, o cümlədən MS Excel-dən təkmil istifadə bacarığı;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Təşəbbüskarlıq, kollektivdə çalışma, idarə etmə təcrübəsi;
• Xaricdə təhsil almış, o cümlədən FRM, PRM və CFA sertifikat sahibləri (imtahanlar üzrə mərhələ keçənlərə üstünlük veriləcək).
İŞİN TƏSVİRİ:
• Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Kredit, bazar və əməliyyat risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
• Risk menecment alətlərinin generasiyası və tətbiq edilməsi;
• Risk modellərinin qurulması və yenilənməsi;
• Bankdaxili prosedurların qiymətləndirilməsi və təkmilləşdirilməsini təklif etmək;
• Stress-testlərin keçirilməsi və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planının hazırlanması;
• Şöbənin iş koordinasiyası.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlili şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.