Verilən məlumatlara görə, məşhur dizayner artıq Roberto Cavalli səhm paketinin sahibi deyil. İtalyanın dəb evinin yeni sahibi İtalyanın Clessidra SGR holdinqi oldu. Cavalli verdiyi müsahibəsində bildirmişdir: “Əminəm ki, bu müqavilə bütün ömrüm boyu yaratdığım imperiyanı gələcəkdə də inkişaf etdirəcək”.
Qeyd edək ki, Clessidra SGR və Roberto Cavalli arasında danışıqlar hələ 2009-cu ildə başlanmışdı. O zamandan etibarən tərəflər qiymətlə bağlı razılığa gələ bilmirdilər.