10 C
Baku
Friday, December 13, 2024

Ronaldonun transferindən sonra “Juventus” klubunun səhmləri 55,15 faiz artıb

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun transferindən sonra Turinın “Juventus” klubunun səhmləri 55,15 faiz artıb.

TASS informasiya agentliyinə istinadən, hazırda “Juventus” klubunun səhmləri 1 milyard avro həcmində dəyərləndirilir. Klubun səhmlərinin birjada bu qədər yüksəlməsinin səbəbi isə futbolçunun “Juventus” formasının satışı ilə izah edilir.

Xatırladaq ki, Ronaldo bu yay İspaniyanın “Real Madrid” klubundan 112 milyon avroya “Yuventus” klubuna transfer olunub. Otuz üç yaşlı hücumçunun illik maaşı isə 30 milyon avro təşkil edir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər