Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” ölkənin aparıcı neft şirkətlərindən biri sayılan “Bashneft”in 50 faizlik hissəsini alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyinin məlumatında deyilir. “Rosneft” “Bashneft”in Rusiya hökumətinə məxsus olan 50,08 faizlik nəzarət hissəsini 329,7 milyard rubla (5,2 milyard dollar) alıb.
Rusiya hökumətinin büdcə kəsirini kompensasiya etmək məqsədilə bu ilin sonunadək “Rosneft”in də 19,5 faizini özəlləşdirməyə çıxaracağı gözlənilir.