Rubio: İranla texniki danışıqlar iyunun 30-da başlayacaq

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla texniki səviyyədə danışıqlar iyunun 30-da başlayacaq. Onun sözlərinə görə, görüş ekspertlər səviyyəsində keçiriləcək və müxtəlif istiqamətlər üzrə işçi qrupları iştirak edəcək.

“Bu danışıqlarda Dövlət Departamentinin, Energetika Nazirliyinin və digər qurumların nümayəndələri iştirak edəcək. Bu, texniki səviyyəli görüş olacaq”, – deyə Rubio Küveytdə jurnalistlərə bildirib.

Dövlət katibi həmçinin vurğulayıb ki, İran mümkün qədər tez nüvə müfəttişlərinin ölkəyə girişinə icazə verməlidir. Onun sözlərinə görə, bu, Tehranın verdiyi vəddir və yerinə yetirilməlidir.

Bu gün ABŞ prezidenti Donald Tramp bəyan edib ki, amerikalı müfəttişlər yüksək zənginləşdirilmiş uran ehtiyatlarının axtarışı üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ekspertlərinə qoşulacaqlar. Bununla belə, Tramp qeyd edib ki, bu məsələdə tələskənliyə ehtiyac yoxdur.

Tehran isə öz növbəsində nüvə müfəttişlərinin ölkəyə buraxılması ilə bağlı hər hansı öhdəlik götürdüyünü təkzib edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər