2 C
Baku
Sunday, December 15, 2024

Rublun məzənnəsindəki dalğalanmanın səbəbi nədir? – AÇIQLAMA

“Rusiya rublunun məzənnəsində müşahidə olunan dalğalanma ölkədən kapital axını ilə bağlıdır”.

Bunu Rusiyanın maliyyə nazirinin müavini Vladimir Kolıçev bildirib.

“Rusiyanın milli valyutasının bahalaşıb-ucuzlaşması nə sistem, nə də struktur xarakteri daşımır və müvəqqətidir”, – deyə o əlavə edib.

O həmçinin qeyd edib ki, Rusiya vakuumda deyil: “Buna görə də dünyada baş verən proseslərin ölkəyə təsiri hiss olunur”.

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bu il ölkədən kapital axınının məbləği ilə bağlı proqnozunu 41 mlrd. dollara qədər artırıb. Bu rəqəm yanvar-iyul aylarında 21,5 mlrd. dollar təşkil edib. Bu da illik müqayisədə 2,5 dəfə çoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər