21 C
Baku
Friday, April 26, 2024

Ruminiyalı pop ulduz Azərbaycanda deputat olmaq istəyir – Foto

“Papito” mahnısı ilə nəinki Avropada, eləcə də Azərbaycanda məşhurlaşan əslən ruminiyalı müğənni Seya paylaşımı ilə diqqət çəkib.

Tez-tez Bakıya gələn müğənni Milli Məclisin önündə foto çəkdirib.

Həmin şəkli şəxsi “İnstagram” hesabında yayımlayan pop ulduz paylaşımına ingilis dilində: “Mən yeni Azərbaycan Parlamentinə daxil olmaq istəyirəm. Siz necə düşünürsüz?” sözlərini yazıb.

Seya bu addımı izləyicilərini həm güldürüb, həm də təəcübləndirib. Onun bu sözləri eyni zamanda qıcıq da yaradıb.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Növbədənkanar seçkilərdə üzvlərin gəncləşəcəyi ilə bağlı müxtəlif məlumatlar dərc olunub.

pop ulduz
©Oxu.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər