Rusiya Moldova Televiziya və Radio Verilişləri Şurasının sədri Liliana Vitsu və jurnalist Mixail Sirkelinin ölkəyə girişinə qadağa qoyub.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, adıçəkilən şəxslər Rusiya XİN-nin məlumatına görə, Moldovada rusiyalı jurnalistlərin hüquqlarının məhdudlaşdırılmasında iştirak ediblər.
Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyi Moldova səfirinə ölkədə rusdilli KİV-lərə qarşı siyasi motivli təqiblərin davam etməsi, habelə anti-Rusiya əhval-ruhiyyəsinin qızışdırılması ilə bağlı kəskin etirazını bildirib. Diplomata məlumat verilib ki, asimmetrik tədbir olaraq, rusiyalı jurnalistlərin hüquqlarının məhdudlaşdırılması ilə bilavasitə əlaqəsi olan bir sıra şəxslərin Rusiya Federasiyasına girişi qadağan olunub.