Rusiyanın Ermənistanın Gümrü şəhərinə uçan “Pobeda” loukosteri (aviaşirkəti) qış mövsümündən başlayaraq, həmin şəhərə reyslərini dayandıracaq.
Bu barədə Rusiyanın “TASS” agentliyi məlumat yayıb.
Reyslərin dayandırılmasına səbəb isə təyyarələrin Gümrüdə yanacaqla tam şəkildə təmin olunmamasıdır.
“Gümrü aeroportundakı yanacaqdoldurma şirkəti yanacağı lazım olan qədər təmin etmir. “Pobeda” şirkəti aeroport rəhbərliyinə müraciət edərək məsələnin araşdırılmasını tələb edib. Öz müştərilərimizi pis vəziyyətdə qoymamaq üçün Gümrüyə qış mövsumündən başlayaraq bilet satışları dayandırılacaq”,-deyə məlumatda qeyd olunur.