8 C
Baku
Tuesday, March 19, 2024

Rusiya Aya insan göndərir

Rusiyanın “Roskosmos” Elm İnstitutu 2031-ci ildə Aya insanla ilk səfərini reallaşdıracağını açıqlayıb. Rysiya mediasına istinadən xəbərə görə, artıq bununla bağlı işlərə start verildiyi söylənilib.

Adıçəkilən akademiya burada bir sıra fəaliyyətləri reallaşdırmağı planladığını açıqlayıb. Bundan başqa, akademiya ikinci və üçüncü səfərlər haqda da məlumat verib. Bildirilib ki, 2032-ci il üçün nəzərdə tutulan ikinci səfərdə yerüstü vasitələrinin yoxlanışı, ondan bir il sonrakı səfərdə isə texniki avadanlıqların sınağı nəzərdə tutulur.

Qeyd edək ki, Aya göndəriləcək peykin ilk sınaq uçuşlarının isə 2028-2029-cu illərdə reallaşması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər